"Müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması Heydər Əliyevin adı ilə bağlıdır"

CƏMİYYƏT 10.05.2023 2030

"Müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır"

"Saat24.az" xəbər verir ki, bu fikri Baş prokuror Kamran Əliyevin mayın 5-də “Azərbaycan” qəzetində bildirib.

Həmçinin qeyd olunub ki, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac vermişdir ki, hüquq sisteminə müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Gərgin fəaliyyət nəticəsində ölkəmizin bu günü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunvericilik aktları qəbul edilməklə beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən də yüksək dəyərləndirildi.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı.

Qeyd edilməlidir ki, demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olunan müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top