Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb

DÜNYA 02.05.2023 1810

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, Rusiyaya qarşı hücum üçün 8 briqada yaradılıb.

"Saat24.az" xəbər verir ki, bu  barədə o, “İnterfaks-Ukrayna” agentliyinə danışıb. 

Onun sözlərinə görə, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb.

Briqadaları silahla təchiz etdiklərini bildirən nazir Klimenko, "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir", -  deyə ifadə edib.  

Klimenko qeyd edib ki, döyüş tapşırığı verildikdən sonra briqadalar müdafiə qüvvələrinin komandanlığına keçəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top