Təhsil sahəsində dövlətin vəzifələri artırılır

CƏMİYYƏT 28.04.2023 1532

Təhsil sahəsində dövlətin vəzifələri artırılır.

"Saat24.az" xəbər verir ki, bu , Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, təhsil sahəsində dövlətin vəzifələri sırasına aşağıdakılar daxil edilir:

- peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

- yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

- təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

- ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydasını təsdiq etmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat və elmi-metodiki işlərin təşkili, qaydalarını və professor-müəllim heyətinin tədris işi vaxt normasını müəyyən etmək;

- təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;

- dövlət məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək;

- ali təhsil müəssisələrində elmi-tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq.

XƏBƏR LENTİ
17.04.2024 3206

DİGƏR XƏBƏRLƏR

Loading
Top