4 saylı Təcili Tibbi Yardım Stansiyasında araşdırma aparıldı - TƏBİB-dən açıqlama

Səhiyyə 20.04.2023 2242

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 4 saylı bölməsinin sürücüsü Əzizov Mirəziz Mirabbas oğlu stansiyada baş verən neqativ hallarla bağlı yerində yoxlama və araşdırmanın aparılmasının təşkil olunması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib.

Bu barədə "Saat24.az"ın sorğusuna TƏBİB-dən cavab verilib. 

Sözügedən şəxsin şikayətləri nəzərə alınaraq  onunla TƏBİB-də görüş keçirilib və narazılıq bildirdiyi məqamlar dinlənilərək qeydə alınıb, eyni zamanda araşdırılıb.

Qeyd edilən 4 saylı bölməyə baxış keçirilib, yerində araşdırma aparılıb. Heç bir əsaslı nöqsan aşkar edilməyib.

Bundan başqa, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi tərəfindən şikayətdə adları çəkilən şəxslərin iştirakı ilə geniş tərkibdə iclas keçirilib, qeyd olunan iddiaların araşdırılması təmin edilib. 

Hazırda TƏBİB-in Daxili nəzarət və monitorinq departamenti tərəfindən də məsələnin geniş araşdırlması həyata keçirilir.

Qeyd edək ki, Əzizov Mirəziz bu gün səhər saatlarında iş yerində problemlərlə bağlı qolunu kəsərək intihara cəhd etməyə çalışmışdı. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top