Deputat Siyavuş Novruzov şəhid Tağıyev Səbuhi Gündüz oğlunun yas mərasimində iştirak edib -Foto

CƏMİYYƏT 17.04.2023 1775

Saat24.Az xəbər verir ki,bu sözləri Millət Vəkili Siyavuş Novruzov müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Şahbuz rayonunun Badamlı qəsəbəsində şəhid Tağıyev Səbuhi Gündüz oğlunun yas mərasimində iştirak etdim.

Tağıyev Səbuhi Gündüz oğlu 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada kəndində anadan olub, sonradan isə ailəsi ilə birlikdə Şahbuz rayonunun Badamlı qəsəbəsinə köçmüşlər. O, Azərbaycan ordusunda MAXE (müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) kimi xidmət edirdi. 

11 aprel 2023-cü ildə Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Səbuhi Tağıyev Laçın rayonu istiqamətində şəhid olub, 12 aprel 2023-cü ildə Şahbuz rayonunun Badamlı qəsəbəsində dəfn olunub.

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyirəm!
XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top