"Amerikaya dərs vermək lazımdır" - Ərdoğan

DÜNYA 03.04.2023 1562

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Ankaradakı səfiri Ceff Fleykin CHP sədri Kamal Kılıçdaroğlunu ziyarət etməsinə sərt reaksiya verib. 

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyə lideri Bağçılarda 97 obyektin kollektiv açılış mərasimində bildirib. 

O, mayın 14-də keçiriləcək prezident seçkilərində ABŞ-yə dərs vermək lazım olduğunu deyib: "Bayden oradan danışır, onun buradakı səfiri nə edir? Gedib bay-bay Kamalı ziyarət edir. Amerikaya dərs vermək lazımdır. Ayıbdır, bir az ağlını işlət. Sən səfirsən. Buradakı həmsöhbətin prezidentdir. Səfir kimi vəzifə borcunu biləcəksən. Həddini bil. Bundan sonra hansı üzlə prezidentlə görüş istəyəcəksən?"

Ərdoğan bundan sonra qapılarının sözügedən səfirin üzünə bağlı olduğunu açıqlayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top