Nəriman Nərimanovun Naxçıvandakı heykəli niyə götürülüb? - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT 03.04.2023 1707

"Son günlər bir sıra informasiya portallarında və sosial media hesablarında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun Naxçıvan şəhərində yerləşən büstünün sökülməsi ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb".

"Saat24.az" xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin yaydığı rəsmi açıqlamada bildirilib.

Qeyd olunub ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət  yaradır.

"Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülüb. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaq", - deyə məlumatda vurğulanıb.

XƏBƏR LENTİ
20.04.2024 2019

DİGƏR XƏBƏRLƏR

Loading
Top