Qazaxıstan hökuməti istefa verdi

DÜNYA 29.03.2023 1845

Qazaxıstanda Əlixan Smailovun başçılıq etdiyi hökumət respublika parlamentinin aşağı palatası olan Məclisin yeni tərkibinin seçilməsi fonunda istefa verib.

"Saat24.az" xəbər verir ki, bu barədə ölkə prezidenti Qasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Palatanın deputatlarına seçkilər martın 19-da baş tutub. 98 yerdən 62-ni ən böyük partiya "Amanat" qazanıb. "Auyl" (səkkiz yer), "Respublika" və "Ak Jol" partiyaları da parlamentə daxil olublar – hər biri müvafiq olaraq altı mandat qazanıb. Qazaxıstan Xalq Partiyası (beş) və Ümummilli Sosial Demokrat Partiyası (dörd) da parlamentdə təmsil olunacaq. 

Daha 7 yeri öz namizədliyi ilə irəli sürülmüş namizədlər tutub. Bu gün yeni çağırış parlamentarilər ilk iclasa toplaşacaqlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top