Kadırov Rusiya prezidentiliyinə heç vaxt iddia etməyəcəyini dedi və 35 dəfə “jim” etdi - VİDEO

SİYASƏT 30.12.2022 1729

Çeçenistan rəhbəri Ramzan Kadırov heç vaxt Rusiya prezidentliyinə iddia etməyəcəyini, bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bildirib.

O xatırladıb ki, Rusiya Federasiyasının vətəndaşıdır, ona görə də dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ var.

“Başqaları edə bilər, çeçenlər edə bilməz? Amma mən bunu heç vaxt etməyəcəyəm”, - o birbaşa xətt zamanı onun Rusiya lideri postuna yüksəlməsi ilə bağlı şayiələrə cavab verərkən deyib.

Kadırov birbaşa xəttin sonunda 35 dəfə “jim” edərək tamaşaçıları tam sağlam olduğuna inandırıb.

Mənbə: m24.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top