Millət vəkilindən ekoloqların aksiyası ilə bağlı maraqlı təklif

SİYASƏT 27.12.2022 2191

“Mütəşəkkil olan rus və yəhudi icmalarını ekoloqların etiraz aksiyasında fəal iştiraka səsləyək. Qoy dünya görsün. Həm bizim bir yerdə mehriban olmağımızı, həm də ümummilli problemimizin hamı üçün eyni olduğunu”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Milli Məclisin bugünkü plenar iclasında millət vəkili E.Allahverdiyev Şuşa-Xankəndi yolunda davam edən aksiya ilə bağlı maraqlı təkliflə çıxış edib. E.Allahverdiyev bildirib ki, ekoloqların və QHT nümayəndələrinin etiraz aksiyasında Azərbaycanda yaşayan milli icmaların nümayəndələrinin də iştirak etməsi barədə məlumat var. Bu baxımdan, millət vəkili ölkədəki milli icmaların nümayəndələrini etiraz aksiyasında daha mütəşəkkil iştirak etməyə çağırıb. Millət vəkili açıqlamasında bildirib ki, həm Birinci Qarabağ, həm də Vətən müharibələrində Azərbaycan vətəndaşı olan müxtəlif icma nümayəndələri torpaqlarımızın bütövlüyü və azad edilməsi uğrunda iştirak ediblər, onların içində şəhid və qazi olanlar var:

“Azərbaycan rəngarəng milli tərkibə malik ölkədir. Bütün dünya bilir ki, biz burada heç bir ayrı-seçkilik olmadan, fərq qoyulmadan yaşayırıq. Bu vəziyyət həm etnik müstəvidə, həm də konfessional baxımdan belədir. Müxtəlif dinlərin nümayəndələri bir yerdə yaşayır və biz birlikdə Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Bəs Ermənistanda vəziyyət necədir? Bu gün bu dövlət monomillətli ölkədir. Əhalinin mütləq əksəriyyəti ermənilərdir. Biz azərbaycanlıların XX əsrdə mərhələ ilə Ermənistandan qovulduğunu bütün dünya bilir. Sonuncu deportasiya ötən əsrin sonlarında baş verdi. 200 mindən çox azərbaycanlı qovulduqdan sonra Ermənistan yalnız ermənilərdən ibarət bir ölkəyə çevrildi. Azərbaycan isə qeyd etdiyim kimi, çoxmillətli və müxtəlif konfessiyalı dövlətdir. Fikrimcə, biz bütün dünyaya nümayiş etdirməliyik ki, müxtəlif xalqlarının və dinlərin nümayəndələrinin Azərbaycanda yaşaması sadəcə statistika deyil. Yəni bu gün Azərbaycanın Qarabağdakı təbii sərvətləri talan edilirsə, bu, hər birimizin hissiyatına toxunur – azərbaycanlının da, rusun da, yəhudinin də, müsəlmanın da, xristianın da”

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top