“Böyük iyirmilik”də Rusiyanı başqa ölkə əvəz edəcək?

SİYASƏT 19.11.2022 1365

Polşa “Böyük iyirmilik”də (G20) Rusiya Federasiyasını əvəz edəcək ölkə ilə bağlı təklif irəli sürüb. 

Bu barədə Polşanın mədəniyyət və milli irs nazirinin müavini Yaroslav Sellin məlumat verib.

O bildirib ki, Varşava yeni üzv ola bilər.

“Hesab edirəm ki, əgər G20-nin iqtisadi və siyasi əhəmiyyətli 20 dövlətdən təşkili nəzərdə tutulubsa, deməli, hazırki inkişaf xətti buna imkan verir. İqtisadi reytinqdə Polşa dünyada təxminən 20-ci yeri tutur, ölkənin geosiyasi əhəmiyyəti görə isə Ukraynaya göstərdiyi yardım sayəsində xeyli artıb”, - deyə Sellin “Polşa radiosu”nun efirində bildirib.

Bundan əlavə, Polşa rəsmisi qeyd edib ki, Rusiya Federasiyası terrorçu dövlət kimi tanınmalıdır və bu zaman Rusiya nümayəndə heyətinin G20 və ya ATƏT-in sammitinə dəvət olunması ilə bağlı şübhələr aradan qalxacaq.

Mənbə: UNİAN

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top