ABŞ Kiyevi Polşadakı insidentlə bağlı ehtiyatla danışmağa çağırıb

SİYASƏT 18.11.2022 1702

ABŞ rəsmiləri son iki gün ərzində Avropa dövlət başçılarına və Ukrayna prezidenti Volodimir Zelenskiyə yaxın şəxslərə müraciət edərək, onları Polşada raket düşməsi ilə bağlı mövzuları şərh edəndə daha diqqətli olmağa çağırıb.

ABŞ rəsmiləri həmçinin NATO müttəfiqlərindən Varşava tərəfindən insidentlə bağlı təhqiqat başa çatana qədər qəti bəyanatlardan çəkinmələrini tələb ediblər.

Qeyd olunur ki, Kiyev baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmək istəmir. Zelenskinin Polşaya düşən raketin Ukraynaya aid olmadığı iddiasına görə, ABŞ tərəfi baş verənlərlə bağlı ictimai açıqlamalar məsələsində daha sıx koordinasiyada israr etməli olublar.

Bu səbəbdən noyabrın 16-da ABŞ rəsmiləri NATO ölkələrindən olan həmkarları ilə əlaqə saxlamağa məcbur olaraq, Vaşinqtonun fikrincə, söhbətin “Rusiyada istehsal edilən və Ukraynadan atılan raketdən” getdiyini məlumat veriblər. Adı açıqlanmayan bir Qərb rəsmisi deyib ki, Zelenski iddialarını inandırmaq üçün çox çalışmalıdır. Çünki onun səsləndirdiyi fikirlər təsdiq edən sübutlar hələ ki, açıqlanmayıb.

Xatırladaq ki, Zelenski Co Bayden və Anjey Dudanın bəyanatlarının əksinə olaraq, Ukraynanın Polşadakı raket insidenti ilə heç bir əlaqəsi olmadığını təkid edir.

Mənbə: Politico

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top