Mikayıl Cabbarov: “Bu ilin 10 ayı ərzində qeyri-neft-qaz sektorunda 9,7 faiz artım baş verib” - FOTO

İQTİSADİYYAT 18.11.2022 1751

“Bu ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2% artaraq 111 milyard 28,2 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,7% artaraq 56 milyard 55,9 milyon manat olub”

Saat24.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Facebook” hesabında qeyd edib.

Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.

“Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-oktyabr aylarına nisbətən 5,9% artıb”.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top