Qətər haqda şok iddia: İlk oyunda uduzmaları üçün ekvadorlu futbolçulara rüşvət verilib - FOTO

DÜNYA 18.11.2022 1317

Qətərin Ekvador millisinin futbolçularına rüşvət verdiyi iddia olunur.

Oxu.Az-ın məlumatına görə, bu barədə jurnalist, siyasi analitik və Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzinin regional rəhbəri Amjad Taha məlumat verib.

“Qətər səkkiz ekvadorlu futbolçuya 7,4 milyon dollar rüşvət verib ki, matçı uduzsunlar (0:1, 2-ci hissədə qol). Qətər və Ekvadordan olan beş insayder bunu təsdiqləyib.

Ümid edirik ki, bu, yalandır. Bu məlumatın yayılmasının nəticəyə təsir edəcəyini gözləyirik. Dünya FIFA-da korrupsiyaya qarşı durmalıdır”, – Taha “Twitter” hesabında yazıb.

Xatırladaq ki, 2022-ci ildə futbol üzrə dünya çempionatı Qətərdə keçiriləcək. Turnir noyabrın 20-də Qətər-Ekvador oyunu ilə açılacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top