ABŞ Dövlət Departamenti: “Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək”

DÜNYA 17.11.2022 1453

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək.

Bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”, - Donfrid bildirib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top