Rusiya ordusuna xarici vətəndaşlığa malik şəxslər də çağırılacaq

Sadə xəbər
DÜNYA 15.11.2022 1473

Xarici vətəndaşlığı və ya xaricdə yaşamaq icazəsi olan Rusiya vətəndaşları ölkənin Silahlı Qüvvələrinə çağırıla biləcəklər.

Bu, Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi dərc olunan “Hərbi xidmət qaydası haqqında Əsasnamə”yə dəyişiklik edən fərmanından irəli gəlir.

Əvvəllər yalnız Rusiya Federasiyasının vətəndaşı olan şəxslər hərbi xidmət keçə bilərdilər. Əcnəbilər isə yalnız əsgər, matros, çavuş və gizirlərin sıralarında müqavilə əsasında xidmət etmək imkanına malik idilər.

Sənədin yeni redaksiyasına əsasən, artıq çağırış üzrə hərbi xidmət Rusiya Federasiyası vətəndaşı olan, o cümlədən xarici dövlətin vətəndaşlığına malik olan əsgərlər, matroslar, çavuşlar və gizirlər tərəfindən həyata keçirilir.

Mənbə: TASS

XƏBƏR LENTİ
17.05.2025 2358
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top