III Çarlza yumurta atana iki cəza verildi, sonra gülməli olan ləğv edildi - FOTO

DÜNYA 12.11.2022 1302

Böyük Britaniyada Yorkşirə səfəri zamanı III Çarlz və arvadı Kamillaya yumurta atan tələbə həbsdən buraxıldıqdan sonra gülünc cəzadan şikayətlənib.

23 yaşlı tələbə Patrik Telvellin sözlərinə görə, o, krala 500 metrdən yaxın olmamaq və ictimai yerlərdə toyuq yumurtası ilə görünməmək şərti ilə zaminə buraxılıb.

Telvel ikinci qadağanı absurd və qeyri-real adlandırıb; çünki o, ərzaq məhsulları almalıdır.

Şikayətdən sonra bu məhdudiyyət ləğv edilib.

Tələbə sosial şəbəkələrdə təhdidlərdən də şikayətlənib. Gəncin sözlərinə görə, həbsdən çıxandan sonra onu izdihamın hücumundan qorumaq üçün dostları qarşılayıb.

“Həbs olunandan sonra kütlənin nə olduğunu gördüm. Onlar sözün əsl mənasında qışqırır və hiddətlə ulayırdılar. Dedilər ki, məni yerindəcə öldürmək və başımı dirəyə sancmaq lazımdır. İnsanlar başımdan saçlarımı yoldular, üzümə tüpürdülər. Onlar ağıllarını itirmişdilər”, - deyə tələbə bildirib.

III Çarlza niyə yumurta atmaq qərarına gəldiyini soruşduqda Telvell bunu krallara inanmadığı üçün etdiyini deyib.

“Mən bütün insanların bərabərliyinə inanıram”, - deyə o əlavə edib.

Tələbə dekabrın 1-də məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, noyabrın 9-da monarx şəhər rəsmiləri ilə görüşən zaman krala tərəf yumurtalar atılıb. Səhəri Şimali Yorkşir polisi şübhəlinin həbs olunduğunu elan etdi.

 




Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top