Məğlub Rusiyanın Qarabağ ümidi - VİDEO

DÜNYA 11.11.2022 1386

Rusiyanın Ukraynadakı məğlubiyyəti regionda geosiyasi balansı tədricən dəyişdirməyə başlayıb. İşğalçılıq siyasətinə görə dünyada "izqoy" dövlətə çevrilərək beynəlxaq arenadan təcrid olunan bu ölkə indi gözünü Cənubi Qafqaza dikib.

Son aylarda ABŞ və Avropanın Qarabağ məsələsində akivlik göstərməsindən narahat olmağa başlayan Putin hakimiyyəti Ermənistan üzərindəki çoxillik nəzarətini itirməmək üçün köhnə siyasəti olan etiraz dalğasını işə salıb.

Bu dalğaya rəhbərlik etmək üçün isə illərdir qoynunda bəslədiyi, milyarder Ruben Vardanyanı Ermənistana göndərib. Qarabağı bütün Ermənistanın kök bazası adlandıran Vardanyan bildirib ki, guya əcdadlarının yaratdıqlarının unudulmasına imkan verməyəcək. Artıq Cənubi Qafqazda da təsir rıçaqlarını itirdiyini hiss edən Moskva Qarabağda kəmərləri sıxmaq, buradakı separatçı rejimi daha möhkəm iplərlə özünə bağlamaq siyasətini həyata keçirməyə başlayıb.

Ruben Vardanyanın Xankəndinə gətirilməsi və dırnaqarası dövlət naziri postu təklif olunması elə bu planın tərkib hissəsidir. Rusiya ilk iş olaraq onun tabeliyindən çıxan rejimi əvəzləməyə çalışır. Lakin bu əvəzlənmə də köhnə kadr olan Arutyunyan, David Babayan və digərləri ilə olmayacaq. Çünki bu adı çəkilən və çəkilməyən bir çox şəxsin birinci Qarabağ müharibəsindəki cinayətlərdə imzaları var. Elə bu səbəbdən də onlar Azərbaycan tərəfindən Interpol xətti ilə axtarışa verilib.

Bundan əlavə, sözügedən şəxslər 44 günlük müharibədəki məğlubiyyətdən sonra erməni icması tərəfindən nüfuzunu itirib, bir sözlə hazırda onlar dar qrupun maraqlarını ifadə edirlər.  Məsələyə bu kontekstdən yanaşdıqda Ruben Vardanyan gözümüz qarşısında yeni bir obraz olaraq canlanır. Rusiya Arutyunyanı onunla əvəzləməklə bir neçə planını həyata keçirmək istəyir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top