Kraliça II Elizabetin sürücülük vəsiqəsi hərracda satılacaq - FOTO

DÜNYA 08.11.2022 1130

Noyabrın 8 və 9-da Britaniyanın Kolçester şəhərində keçiriləcək “Royal Fine Art & Antiques” hərracında mərhum II Elizabetin bir çox əşyaları satışa çıxarılacaq.

Əşyaların arasında nadir fotoşəkillər, eləcə də Böyük Britaniyanın o zamankı gələcək Kraliçasının Qadın Yardımçı Ərazi Korpusunda xidmət edərkən aldığı müvəqqəti sürücülük vəsiqəsi yer alacaq.

Sənəddə Elizabetin özünün də imzası var.

Sənədin ilkin qiyməti təxminən iki min funt sterlinqdir.

 

Mənbə: motor.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top