Ərdoğan: “Ailəyə qarşı təhdidlərin qarşısına sədd çəkəcəyik”

DÜNYA 07.11.2022 1341

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə keçirilən “Qadınlarla Böyük Türkiyə Yolunda” proqramında çıxış edib.

Dövlət başçısı ailə və qadınlarla bağlı dövlət siyasətinə dair mühüm açıqlamalar verib.

“Biz qadınları həyatın bütün sahələrində dəstəkləməklə yanaşı, ailəni ən güclü şəkildə davam etdirəcək və inkişaf etdirəcək bir siyasət yürütməkdə qərarlıyıq.

Təklif etməyə hazırlaşdığımız son konstitusiya dəyişikliyi ilə ailə institutumuza və insan təbiətinə qarşı təhdidlərin qarşısına daha bir sədd qoymuş olacağıq. Güclü ailə güclü millətləri yetişdirir. Konstitusiya dəyişikliyi ilə ailəyə zəmanət veriləcək”, - deyə Ərdoğan bəyan edib.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top