Bakıda 6 ölkədən 33 qadın beynəlxalq “Altın qadın” mükafat aldı

SİYASƏT 05.11.2022 1665
Türk Dünyası Qadın Platforması istedadı, zəhmətsevərliyi, vətənpərvərliyi, nüfuzu ilə seçilən, digərləri üçün rol-model olmağı bacaran və ilhamverici həyat hekayəsi olan 33 qadına Bakıda beynəlxalq “Altın Kadın” mükafatını təqdim edib.

“Qafqazino” xəbər verir ki, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı zəfərin ildönümü münasibəti ilə keçirilən tədbirdə bir çox səlahiyyətli şəxslər mükafata layiq görülüblər.

TÜRKAP-ın təsisçisi İlhamə Novruzova qeyd edib ki, xanımların məhz öz sferasından olan, həmkarları sayılan bəylər tərəfindən təltif olunmaları cəmiyyətdə gender balansının qorunmasını, imkanların bərabərliyini simvolizə edən jestdir.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırıma ünvanlanan xüsusi təşəkkür plaketi Şuranın üzvü Həsən Həsənova təqdim olunub.

Qeyd edək ki, TÜRKAP-Türk Dünyası Qadın Platforması 6 türkdilli ölkənin qadın fəallarının iştirakı ilə  2018–ci ilin 5 sentyabrında təsis olunan beynəlxalq qurumdur.
XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top