Ceyhun Bayramov Nyu-Yorkda macar həmkarı və BMT nümayəndəsi ilə görüşdü – YENİLƏNİB + FOTO

SİYASƏT 23.09.2022 1229

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Macarıstanın xarici işlər və ticarət məsələləri üzrə naziri Peter Siyarto ilə görüşüb.

Bu barədə XİN başçısı “Twitter” hesabında bildirib.

Görüş zamanı tərəflər Azərbaycanla Macarıstan arasında dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan XİN rəhbəri həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosla da görüş keçirib.

Görüş zamanı Azərbaycanın mədəniyyətlərarası dialoq üçün unikal məkan kimi rolu vurğulanıb.

 

09:28

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.

Bu barədə Ceyhun Bayramov “Twitter” hesabında yazıb.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri və onların perspektivləri çərçivəsində əməkdaşlıq müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə həmçinin Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər diqqət mərkəzində olub.

Ceyhun Bayramov həmçinin İordaniya baş nazirinin müavini və xarici işlər naziri ilə görüş keçirib.

Nazir həmçinin Mərakeş Krallığından olan həmkarı Nasir Bureyta ilə müzakirələr aparıb.

Azərbaycanın XİN başçısı əlcəzairli həmkarı ilə də görüşüb. 

Görüşlərdə ikitərəfli və çoxtərəfli münasibətlər müzakirə mövzusu olub.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top