
Saat24.Az xəbər verir ki,Ağdaş rayon Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Bəxtiyar Vahabzadənin 97-ci ildönümü münasibətilə tədbir keçirilib. Ílk öncə şairin həyat və yaradıcılığı haqqında video-çarx təqdim edilib. Daha sonra mərkəzin əməkdaşları şairin şeirlərini səsləndiriblər. Sonra Mərkəzin direktor əvəzi Turanə Şıxalıyeva şairin dilimizin poetik imkanlarından məharətlə bəhrələnməsindən, fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmasından söhbət açıb.




