Zərdab rayon Mərkəzi Kitabxanası “SAĞLAM GƏNCLİK, SAĞLAM GƏLƏCƏK” başlıqlı tədbir təşkil edib-Foto

CƏMİYYƏT 11.08.2022 1298

SAĞLAM GƏNCLİK,SAĞLAM GƏLƏCƏK

Hər bir xalqın,hər bir millətin,hər bir ölkənin gəncləri onun həm bu günüdür,həm də sabahıdır,ümididir.”

Saat24.Az xəbər verir ki,11 avqust 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzi Kitabxananın və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “SAĞLAM GƏNCLİK, SAĞLAM GƏLƏCƏK” başlıqlı tədbir təşkil olunmuşdur.

Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin, H.Əliyev Mərkəzinin,rayon Gənclər İdarəsinin, Mərkəzi Kitabxananın və şəhər kitabxana filiallarının əməkdaşları iştirak etmişlər. Öncə Azərbaycanın birliyi,bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz ruhu yad edilmiş,qazilərə və bu gün sərhədlərimizin keşiyində duran bütün əsgərlərə can sağlığı dilənmişdir. Tədbirdə 12 avqust Beynəlxalq Gənclər Günündən bəhs edilərək qeyd edilmişdir ki,1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınmışdır.Bu əlamətdar gün gənclərə lazimi diqqət göstərmək,onların nailiyyətlərini təbliğ etmək,cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır.Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.Çünki ölkənin gələcəyi,müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının,ölkənin çiçəklənməsinin rəmzidir.Bu gün böyük iftixarla demək olar ki,müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi,doğma ana dilimizi,ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.O,öz həyatını qurarkən ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür,öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır.Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ölkəmizdə gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur.Ümummilli liderimiz həmişə xalqına arxalanır, gəncliyinə böyük ümidlər bəsləyir,dəfələrlə qeyd edirdi ki,Azərbaycan gələcəyi gənclərin əlindədir. Bu gün Azərbaycan gəncləri öz fəaliyyəti ilə sübut etmişlər ki,onlar ölkəmizin dəyərli vətəndaşlarıdır.Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi,etibarlı gələcəyimizin təmin edilməsi gənclərin ictimai-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti,Azərbaycanın birinci xanımı,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri də böyükdür. Tədbirdə çıxış edən gənclər onlara göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top