Cavid Osmanov Ağdaşda seçiciləri ilə növbəti qəbul keçirib FOTO

SİYASƏT 10.08.2022 1271

9 avqust 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Cavid Osmanov seçiciləri ilə növbəti qəbul keçirib, onların problemləri, arzu və təklifləri ilə maraqlanıb.

Saat24.Az xəbər verir ki,  rayonun Heydər Əliyev mərkəzində keçirilən qəbulda Ağdaş rayon İcra Hakimiyyəti  başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova da iştirak edib. Fərdi qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətləri qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə həll edilibdir. Səsləndirilən digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini bildirən millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində olacağını, aidiyyatı orqanlara sorğular göndəriləcəyini qeyd edib.

Qəbul zamanı Cavid Osmanov vətəndaşların problemlərini dinləməklə yanaşı cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gördükləri işlər barədə qəbulda iştirak edən seçicilərə məlumatlar verib.

Qəbulda iştirak edən Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli görülən bütün işlər üçün Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.







 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top