Deputat Jalə Əliyeva növbəti dəfə seçiciləri ilə görüşdü – FOTO

Sadə xəbər
SİYASƏT 23.07.2022 1937

 

92 saylı Zərdab-Ucar seçki dairəsinin Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.
Saat24.Az xəbər verir ki, Zərdab şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüş zamanı seçki dairəsinə daxil olan sakinlər iştirak ediblər. Vətəndaşların qəbulu zamanı seçicilərlə  görüşən deputat Jalə Əliyeva onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər olub.
Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digərləri isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyəti qurumlarla əlaqə yaradılıb.
 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top