Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Tədbirlər Planı"na uyğun olaraq "Milli Mətbuat" günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

SİYASƏT 22.07.2022 1471

Saat24.Az xəbər verir ki,22 iyul 2022-ci tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində "Tədbirlər Planı"na uyğun olaraq "Milli Mətbuat" günü ilə əlaqədar Ağdaş rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.
Ağdaş rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Möhlüd Hacıxanov tədbiri açıq elan edərək mətbuat işçilərini təbrik edib və Milli Mətbuatın yaranması tarixindən tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra Milli Mətbuat Günü ilə bağlı videoçarx nümayiş olunub. Mərkəzin əməkdaşı Məsmə Hüseynova öz çıxışında Qarabağ savaşında Şəhid olmuş jurnalistlər haqqındaməlumat verib. Sonra mərkəzin direktoru Kənan Nəbiyev çıxış edərək mətbuat işçilərini kollektiv adından təbrik edib .Tədbirdə iştirak edən “Ağdaş” qəzetinin redaktoru Tofiq İsayev çıxışında mətbuatın inkişafından danışıb. Sonra jurnalist Şahin müəllim çıxış edərək təbriklərə qoşulub. Sonda xatirə şəkli çəkilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top