Ağdaşda "2022-ci il Azərbaycanda Şuşa ilidir" adlı tədbir keçirilib-Foto

Sadə xəbər
SİYASƏT 20.07.2022 1408

Saat24.Az xəbər verir ki,Ağdaş Dövlət Rəsm Qalereyası və Ağdaş rayon MKS-nin 13 saylı filial kitabxanasının birgə təşkilatçılığı ilə "2022-ci il Azərbaycanda Şuşa ilidir" adlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qalereyanın direktoru Fidan Səfixanova çıxış edərək Şuşanın zəngin mədəniyyətindən bəhs edib. Kitabxananın direktoru Hicran Abdurrahmanova öz çıxışında şəhərin yaranma tarixindən danışmış və mədəniyyət paytaxtı elan edilən Şuşanın artıq öz tarixi simasını bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra kitabxananın əməkdaşı Ülkər Ələkbərova "Şuşa ilimiz, Şuşalı ilimiz" adlı məruzə ilə çıxış edib. Tədbirdə Şuşaya, Qarabağa aid şeirlər səsləndirilib. Daha sonra Qalereyanın əməkdaşı Turanə Muxtarova işğal dövründə dağıdılan tarix və mədəniyyət abidələrində aparılan yenidənqurma işləri haqqında geniş məlumat verib. Tədbirin sonunda rəssam Taleh Salehovun rəsm əsərlərinə və "Şuşa Qarabağın Zümrüd Tacıdır" adlı kitab sərgisinə baxış keçirilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top