NATO rəhbəri: “Türkiyənin terrorizmlə mübarizədə haqlı narahatlıqları var”

SİYASƏT 13.06.2022 1666

NATO 28-30 iyun Madrid zirvəsini Türkiyənin etirazları səbəbiylə gecikdirilən Finlandiya və İsveçin qəbulu üçün son tarix kimi görmür.

Bunu bazar günü təşkilatın baş katibi Yens Stoltenberq Finlandiya prezidenti Sauli Niinistö ilə Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə müəyyən narahatlıqlarını ifadə edib. Biz danışıqlar masasına oturmuşuq və bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə, Finlandiya və İsveçlə əlaqə saxlayırıq. Türkiyə terrorla mübarizədə vacib əhəmiyyət kəsb edən çox mühüm müttəfiq ölkədir. Türkiyə digər ölkələrlə müqayisədə daha çox suriyalı qaçqınları qəbul edib və terrorizmlə mübarizədə haqlı narahatlıqları var”, - deyə baş katib bildirib.

O, qeyd edib ki, Türkiyə həmişə NATO-nun açıq qapı siyasətini dəstəkləyib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top