Rusiya Danimarkaya qaz tədarükünü dayandırır

İQTİSADİYYAT 01.06.2022 1452

İyunun 1-də “Qazprom Export” Danimarkanın aparıcı enerji şirkəti “Ørsted” və “Shell Energy Europe Limited”ə qazın tədarükünü dayandıracaq.

Qərar adıçəkilən şirkətlərin aprel ayında tədarük edilən qaza görə ödəniş etmədiklərinə, daha dəqiq desək, ödənişi rublla həyata keçirməkdən imtina etdiklərinə görə qəbul olunub.

Qeyd edək ki, hər iki şirkət Rusiyanın tələbinə əsasən qaza görə ödənişləri rublla həyata keçirmək niyyətində olmadıqlarını bildirib.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top