Bakıda sıxlıq olan küçə və prospektlərin adları açıqlanıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən xəbərə görə, həmin küçə və prospektlər aşağıdakılardır:
1. Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur;
2. Afiyəddin Cəlilov küçəsində, əsasən Fəzail Bayramov küçəsi ilə kəsişmədən Cavanşir körpüsünün üzəri istiqamətində sıxlıq müşahidə olunur;
3. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur;
4. Heydər Əliyev prospekti – əsas və köməkçi yolda, “Koroğlu” metro stansiyası istiqamətindən başlayaraq, əsasən Bağırov körpüsünün aşağı hissəsini keçdikdən sonra şəhər istiqamətində, eyni zamanda Heydər Əliyev Mərkəzi istiqamətində sıxlıq müşahidə olunur;
5. Xaqani küçəsində, Bülbül prospekti ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Kövkəb Səfərəliyeva küçəsi istiqamətində sıxlıq müşahidə olunur;
6. Bülbül prospektində, “Sahil” metro stansiyasının qarşısı da daxil olmaqla, Xaqani küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində sıxlıq müşahidə olunur;
7. Şah İsmayıl Xətai prospektinin Əhməd bəy Ağaoğlu küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyi istiqamətində sıxlıq müşahidə olunur;
8. Koroğlu Rəhimov küçəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Sıxlıq əsasən Fətəli xan Xoyski prospekti ilə kəsişmə olan hissədəki yerüstü piyada keçidə qədərdir.