Demokratik Birlik Partiyasının təbriki

Sadə xəbər
CƏMİYYƏT 07.05.2024 5069
Müsavat Partiyasının Bakıda keçirilmiş XI Qurultayı ötən əsrin sonlarından etibarən Azərbaycan milli azadlıq hərəkatında müstəqilliyin bərpasında özünə məxsus yeri olan, Azərbaycan siyasətinin aparıcı simalarından biri və dövlət xadimi İsa Qəmbəri yenidən Müsavat Partiyasının başqanı seçib.
Müsavat Partiyası tarixən milli şüurun və milli-dövlətçilik ənənələrinin formalaşmasında, inkişafında xüsusi rolu olan siyasi institutdur.

Demokratik Birlik Partiyasının rəhbərliyi və üzvləri adından Müsavat Partiyasının başqanı seçilməsi münasibətilə hörmətli İsa Qəmbəri və müsavatçıları təbrik edirik, siyasi fəaliyyətlərində uğurlar arzulayırıq.

Mirfazil HƏMİD
Demokratik Birlik Partiyasının sədri

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top