Almaniya Rusiyadakı səfirini geri çağırdı

CƏMİYYƏT 07.05.2024 2481

Almaniya Rusiyadakı səfirini geri çağırıb. 

"Saat24.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Moskva Almaniyanın hərbi-sənaye və aerokosmik müəssisələrinə qarşı kiberhücumlarda, habelə Almaniyanın hakim partiyasına qarşı hərəkətlərdə ittiham edilib. 

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb: "Xarici işlər naziri səfi Qraf Lambsdorffu məsləhətləşmələr üçün Berlinə çağırdı". 

Sözçünün sözlərinə görə, kiberhücumların arxasında Rusiyanın hərbi kəşfiyyat idarəsi ilə əlaqəsi olan APT 28 qrupu dayanır. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Lambsdorff ən azı bir həftə Berlində qalacaq, bundan sonra Moskvaya qayıdacaq.

XƏBƏR LENTİ
18.05.2024 3270

DİGƏR XƏBƏRLƏR

Loading
Top