Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

GÜNDƏM 03.05.2024 4180

Yeni bir araşdırma qadınların hamiləlik dövründə siqaret çəkməməsinin başqa bir səbəbini ortaya çıxarıb.

"Saat24.az" xəbər verir ki, "Gut Microbes" jurnalında dərc edilən son araşdırma, hamiləlik zamanı ananın siqaret çəkməsi ilə uşaqlarının artıq çəki və ya piylənmə riskinin artması arasında əlaqə olduğu bildirilib. 

Tədqiqatın aparıcı müəlliflərindən biri olan Alberta Universitetinin mikrobiom epidemioloqu və pediatriya professoru Anita Kozyrski belə qənaətə gəlib ki, hamiləlik zamanı siqaret çəkən qadınlar daha sonra həyatlarında artıq çəki olan körpələr dünyaya gətirirlər. 

Kozyrski və onun komandası Kanada Sağlam Körpələrin Uzunlamasına İnkişafı (CHILD) kohortundan 1500-dən çox uşağın məlumatlarından istifadə edib. Komanda hamiləlik zamanı analar və onların uşaqları haqqında ətraf mühit və həyat tərzi faktorları barədə məlumat verən ailələrdən məlumat toplayıb.Tədqiqatçılar müəyyən ediblər ki, uşaqlarda artıq çəki və piylənmə riskinin artması Firmicutes kimi tanınan bakteriyaların sayı və müxtəlifliyi ilə bağlıdır. Hamiləlik dövründə ananın siqaret çəkməsinin bağırsaqda Firmicutes bakteriyalarının sayını əhəmiyyətli dərəcədə artırdığı aşkar edilib. 

XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top