İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlı... - VİDEO

GÜNDƏM 06.05.2024 3319

Əslən Kəlbəcərdən olan Hacıyevlər ailəsi erməni terrorunun qurbanlarındandır. 

"Saat24.az" xəbər verir ki, əslən Kəlbəcərdən olan Hacıyevlər ailəsinin gəlini Gülcamal Quliyeva əsir düşdükdən sonra başına gətirilənləri İTV-yə danışıb.

Hacıyevlər ailəsi əslən Kəlbəcərdəndir. Ailənin gəlini Gülcamal Quliyeva Kəlbəcərin işğalı zamanı əsir düşəndə hamilə olub. Ermənilər onu Xankəndiyə gətiriblər. Bİr həftə sonra oğlu Arzu Xankəndi doğum evində doğulub. Sağlam doğulan körpəsi tibb bacısı Aida Serobyan tərəfindən iynə vurularaq iflic edilib. Üstəlik, Serobyan Arzunu xaç suyuna çəkdirərək adını Andranikə dəyişdirib. Fiziki cəhətdən inkişafdan qalan Arzu Hacıyev cəmi 12 il yaşaya bilib. 


XƏBƏR LENTİ
13.07.2024 2884

DİGƏR XƏBƏRLƏR

Loading
Top