"Hizbullah" İsrailin hərbi bazalarına zərbələr endirib

Sadə xəbər
DÜNYA 22.10.2024 3208

Livanın "Hizbullah" hərəkatı Tel-Əviv ətrafında yerləşən Glilot hərbi kəşfiyyat bazasına və Hayfanın şimal-qərbindəki İsrail hərbi-dəniz bazasına raket zərbələri endirib.

"Saat24.az" xəbər verir ki,  bu barədə İsrail KİV-ləri məlumat yayıb. 

Qeyd olunur ki, raket zərbəsi Təl-Əviv yaxınlığındakı Nirit kəndinə endirilib. Bundan əlavə, "Hizbullah" yaraqlıları ölkənin şimalında yerləşən Hayfa şəhərinin şimal-qərbində yerləşən İsrail hərbi dəniz qüvvələrinin “Stella Maris” bazasına raketlərlə hücum edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top