Bakı-İrəvan münasibətləri Avropa Parlamentində müzakirəyə çıxarılır

Manşet
SİYASƏT 22.10.2024 2318

Oktyabrın 22-də Avropa Parlamentinin üzvləri Azərbaycanla Ermənistan arasındakı münasibətləri müzakirə edəcəklər. 

"Saat24.az" xəbər verir ki, bu barədə Avropa Parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki,oktyabrın 24-də isə qətnamənin lehinə səs verəcəklər.

Həmçinin Azərbaycanda siyasi vəziyyəti və insan haqları da müzakirəyə çıxarılacaq: "Müzakirə və qətnamədə Azərbaycanla qonşu Ermənistan arasındakı münasibətlər də diqqət mərkəzində olacaq. Ermənistan prezidenti Vaaqn Xaçatryanın son bəyanatına görə, gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Konfransı (COP 29) başlamazdan əvvəl iki ölkə arasında sülh razılaşması əldə oluna bilər". 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top