Slovakiyada bir aylıq qaz, 105 günlük neft ehtiyatı qalıb

İQTİSADİYYAT 23.05.2022 1442

Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qaz ehtiyatları isə bir ay müddətinə bəs edəcək qədər qalıb.

Bu barədə bazar günü Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Riçard Kvasnevski bildirib.

Onun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25% doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Qeyd edək ki, Slovakiya respublikanın istehlak etdiyi qazın ən azı 85%-ni Rusiya Federasiyasından alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz tədarükü mümkün əvəzedici rolunu oynaya bilər. Respublika artıq maye qazla dolu iki tanker alıb. Bununla belə, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top