Zelenski Trüdonu qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO

DÜNYA 09.05.2022 812

Ukraynada səfərdə olan Kanadanın Baş naziri Castin Trüdo Prezident Volodimir Zelenski ilə görüşüb.

Bu barədə Ukrayna prezidentinin rəsmi “Facebook” səhifəsində məlumat verilib.

Zelenski qeyd edib ki, Kanada Ukraynanı dəstəkləyən ölkələr sırasında yer alır:

“Baş nazir Trüdonun səfəri böyük əhəmiyyət kəsb edir”.

 





19:53

Mayın 8-də Kiyevdəki Kanada səfirliyi işini bərpa edib.

Kanadanın baş naziri Castin Trüdo səfirlik qarşısında Kanada bayrağının qaldırılması mərasimində iştirak edib.

Hökumət başçısının Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyi bildirilir.

Mənbə: rbc.ua

18:17

Kanadanın baş naziri Castin Trüdo Ukraynaya səfər edib.

O, müharibə dəhşətlərini şəxsən görmək üçün İrpendə olub.

Şəhər meri dəstəyə görə Trüdoya təşəkkür edib.

O, Kanadanın baş nazirinin ölkədəki Ukrayna diasporunun fəaliyyətinə də yardımçı olacağına ümid etdiyini qeyd edib.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top