Rusiyadan gələn qazı azaltmaq üçün Berlin hovuzlarında su soyudulacaq

İQTİSADİYYAT 29.04.2022 1511

Berlin hovuzlarında Rusiyadan qaz asılılığını azaltmaq üçün suyun temperaturu aşağı salınacaq.

Berlinin əksər hovuzlarında suyun temperaturunun bir-iki dərəcə azaldılacağı bildirilir. Berlin hovuz operatoru “Berliner Bäderbetriebe” (BBB) şirkətinin ​​rəhbəri Yohannes Klyaynsorq bunun siyasi təşəbbüs olmadığını açıqlayıb.

“Biz Rusiyanın təbii qaz tədarükündən asılılığı azaltmaq istiqamətində öz qatqımızı vermək istəyirik”, – deyə Klyaynsorq qeyd edib.

Onun sözlərinə görə, hovuzlara gələnlər suyun temperaturunun aşağı düşdüyünü, demək olar ki, hiss etməyəcəklər. Qapalı hovuzlarda fərq bir dərəcə olacaq, qalıq enerji mənbələrindən istifadə edilərək isitmənin həyata keçirildiyi yay hovuzlarında isə su iki dərəcə soyuyacaq.

Bundan əvvəl xəbər verilmişdi ki, Almaniya hökuməti Ukraynaya silah tədarükü və enerji daşıyıcılarının bahalaşması nəticəsində yaranan iqtisadi problemlərin nəticələrini yumşaltmaq üçün təxminən 40 milyard avro məbləğində kredit götürmək niyyətindədir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top