Castin Biberin model həyat yoldaşı ürəyindən əməliyyat olunub - VİDEO

DÜNYA 29.04.2022 1003

Müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber ürəyindən əməliyyat olub.

 Oxu.Az xəbər verir ki, bu barədə model “YouTube” kanalında açıqlama yayıb.

 Bir müddət əvvəl insult diaqnozu ilə xəstəxanaya yerləşdirilən Heyli səhər yeməyi zamanı özünü pis hiss etdiyini və xəstəxanaya aparıldığını bildirib:

“Özümdə insultun simptomlarını hiss etdim. Xəstəxanaya apardılar və həkimlər müəyyən etdilər ki, beynimdə kiçik qan laxtası əmələ gəlib. Bu bir qədər oksigen çatışmazlığına səbəb olub. Şübhəsiz ki, həyatımın ən qorxulu anı idi. Həkimlərin fikrincə, bu, mikroinsultun səbəbi ola bilər. Buna görə də əməliyyat olundum. Hazırda hər şey qaydasındadır”.

Heyli həmçinin bu çətin vəziyyətdə ailəsinin və həyat yoldaşı Castin Biberin ona çox dəstək olduğunu vurğulayıb.

Ətraflı videoda:

XƏBƏR LENTİ
17.04.2024 3205

DİGƏR XƏBƏRLƏR

Loading
Top