Margo Robbinin “Barbie” obrazında ilk şəkli yayımlandı - FOTO

Sadə xəbər
DÜNYA 28.04.2022 1565

“Warner Bros.” studiyası Hollivud ulduzu Margo Robbinin “Barbie” kuklası obrazında ilk fotosunu yayımlayıb.

Aktrisa Greta Gervigin “Barbie” filmində məşhur oyuncağı oynayacaq.

Təsvir Las-Veqasda “CinemaCon”un bir hissəsi kimi göstərilib. Fotoda 31 yaşlı aktrisa çəhrayı “Chevrolet Corvette” idman avtomobilində poza verib.

Qeyd edək ki, “Sony” 2014-cü ildən, müəllif hüquqları sahibi “Mattel” ilə müqavilə elan edildikdən sonra “Barbie” layihəsi üzərində işləyir. Əvvəlcə filmdə baş rolu Emi Şumer oynamalı idi, lakin sonda aktrisa iş qrafiki ilə bağlı çətinliklərə görə çəkilişlərdən imtina etdi.

“Barbie” filminin premyerası 2023-cü il iyulun 21-də baş tutacaq.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top