Niderland Rusiya vətəndaşlarına viza verməyəcək

DÜNYA 27.04.2022 1551

Niderland aprelin 27-dən etibarən Rusiya vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırır.

Bu barədə ölkənin Moskvadakı səfirliyi məlumat verib.

“Rusiya hökumətinin Niderland səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarını “persona non qrata” elan etmək qərarına görə Krallığın Xarici İşlər Nazirliyi 27 aprel 2022-ci il tarixindən etibarən Rusiya vətəndaşlarına qısamüddətli vizaların verilməsini dayandırmağa məcbur olub”, - məlumatda deyilir.

Bildirlir ki, müvəqqəti yaşayış icazəsi və ya ikitərəfli razılaşma ilə nəzərdə tutulmuş üzrlü, yaxud da humanitar səbəblərə görə edilən müraciətlər istisna hallar sayılır.

Qeyd edək ki, bir müddət öncə 17 rusiyalı diplomatın Nidrlanddan çıxarılması barədə qərar qəbul edilib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Niderlandın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğun 14 əməkdaşını arzuolunmaz şəxs elan edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top