“Mançester Yunayted”in yeni baş məşqçisi: “Oyunu Ronalduya görə qurmayacam”

Sadə xəbər
DÜNYA 26.04.2022 1078

“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq bildirib ki, futbola baxışını Ronaldu və “Mançester Yunayted”in digər ulduzlarına görə tənzimləməyəcək.

52 yaşlı mütəxəssis bildirib ki, komandanı öz fəlsəfəsinə uyğun formalaşdıracaq.

“Mən özüm olaraq qalmaqda davam edəcəm. Kimsə tapşırığımı yerinə yetirmirsə, ona ehtiyacım yoxdur. Məşqçiliyə baxışımı dəyişməyəcəm. Oyunçunun meydanda nə etməli olmasına mən qərar verirəm. Əgər kimsə öz işini görməyəcəksə, kim olmasından asılı olmayaraq, mənə lazım deyil. Mən bu məsələdə güzəştə getməyəcəm. Bu tələblər yerinə yetirilməsə, mən futbolçu ilə işləmək fikrimdə deyiləm”, - deyə niderlandlı mütəxəssis qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top