Moskvada “Şeremetyevo”dan sonra “Vnukovo”da da durğunluq rejimi tətbiq edildi

İQTİSADİYYAT 25.04.2022 768

Moskvada ikinci hava limanında – “Vnukovo”da da durğunluq rejimi tətbiq edilib, həmçinin işçilərə natamam iş qrafikinə keçmək təklif olunub.

Bu barədə “İzvestiya” hava limanının nümayəndələrinə istinadla xəbər yayıb.

Mənbədən qeyd edilib ki, bəzi işçilər artıq qısaldılmış qrafiklə işləyirlər: məsələn, həftədə beş gün əvəzinə dörd, hətta üç gün. Müvafiq olaraq, işçilərin əmək haqları azaldılıb və iş saatlarına uyğun ödənilir.

“Eyni zamanda, işçi heyətin daha çox boş vaxtı qalır. Beləliklə onlar “Vnukovo”da əsas iş yerlərini saxlayaraq, başqa yerlərdə əlavə qazanc imkanı əldə ediblər”, - deyə informator vurğulayıb.

Hava limanında həyata keçirilən tədbirlərlə tanış olan iki mənbə əlavə edib ki, “Vnukovo”nun işçilərinin 30%-nə isə sonrakı ixtisarla bağlı göstəriş verilib. Həmsöhbətlərdən birinin sözlərinə görə, bu təlimat özünüsığorta alətidir: işçini işdən çıxarmaq üçün vaxt lazımdır və hazırkı şəraitdə sərnişin axınının artıb-artmayacağını və nə vaxt artacağını proqnozlaşdırmaq rəhbərlik üçün çətindir.

Payızda isə ixtisarlar başlaya bilər – həmin vaxt aviaşirkətlər qış cədvəlinə keçir, uçuşların sayı azalır, yay mövsümü ərəfəsində ixtisarlar isə məntiqsizdir.

Xatırladaq ki, bundan əvvəl Moskvada “Şeremetyevo” aeroportu iş yükünün azaldılması fonunda işçilərin 20%-ni durğunluq rejiminə keçirmişdi.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top