Səudiyyə şahzadələri “dolanmaq üçün” yaxta və mülklərini satırlar

DÜNYA 25.04.2022 1450

“Wall Street Journal” xəbər verir ki, Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemləri səbəbindən ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar.

Qəzetin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman onların bir çox pul mənbələrini kəsib.

Nəşr yazır ki, şahzadələr “dolanmaq üçün” son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxtalar və sənət əsərləri satıblar. Bu pullar onlara vergiləri ödəmək və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.

Həmçinin bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha ​​az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi ilə hərəkət edirlər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top