ABŞ rəsmi qurumu: “Bolduin tapançanın boş olduğuna əmin olub”

DÜNYA 23.04.2022 1623

ABŞ-ın Nyu-Meksiko ştatının Əməyin Təhlükəsizliyi və Sağlamlığı Bürosunun çıxardığı qərara əsasən, amerikalı aktyor Alek Bolduin “Pas” filminin çəkiliş meydançasında operator Qalina Hatçinsə atəş açarkən tapançanın boş olduğuna əmin olub.

Bu barədə A.Bolduinin vəkilləri məlumat veriblər.

Xatırladaq ki, 2021-ci il oktyabrın 21-də Bolduin “Pas” filminin çəkiliş meydançasında epizodu məşq edərkən həqiqi güllə ilə dolu tapançadan atəş açıb. Nəticədə Ukrayna əsilli operator Qalina Hatçins ölüb, rejissor Coel Souza isə ağır yaralanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top