“Azovstal”da mühasirədə qalan ukraynalı hərbçi: “Burada yüzlərlə dinc sakin var” - VİDEO

DÜNYA 20.04.2022 619

Ukrayna Silahlı Qüvvələrinin 36-cı dəniz piyada briqadasının komandiri Serqey Volın Mariupolda “Azovstal” ərazisində qalanları xilas etməyə çağırıb.

O, bu barədə videomüraciətində bildirib. Onun sözlərinə görə, vəziyyət ağırdır, zavodda artıq 500-dən çox yaralı və yüzlərlə mülki şəxs var. Komandir onların üçüncü ölkələrə təxliyə edilməsini təşkil etməyi xahiş edir.

“Bu, dünyaya çağırışdır, hansı ki, son müraciətimiz ola bilər. Cəmi bir neçə gün, yaxud saatımız qalıb. Düşmən qruplaşması onlarla dəfə bizdən çoxdur – onlar havada, artilleriyada, quruda texnika və tanklarla fəaliyyət göstərən  qrupları ilə bizi üstələyir”, - deyə Volın vəziyyət haqqında danışıb.

O, dünya liderlərini köməyə çağırıb.

“Bizə ekstradisiya prosedurunu tətbiq etməyi və bizi üçüncü dövlətin ərazisinə çıxarmağı xahiş edirik. Hərbçilərin Mariupol qarnizonu - bizimlə birlikdə 500-dən çox yaralı əsgər, həmçinin qadın və uşaqlar da daxil olmaqla yüzlərlə mülki şəxs var. Sizdən üçüncü ölkənin ərazisində təhlükəsizliyimizi təmin etməyinizi xahiş edirik”, - deyə Volın bildirib.

Xatırladaq ki, aprelin 19-da Rusiya ordusunun xüsusi qrupları Mariupoldakı “Azovstal” metallurgiya zavoduna hücuma başlayıb. Mariupol polisinin məlumatına görə, kombinata qadınlar və uşaqlar da daxil olmaqla 1000-ə yaxın dinc sakin sığınıb.

Mənbə: UNİAN

Mövzu ilə əlaqədar

Rusiya ordusu 1000-ə yaxın dinc sakinin sığındığı “Azovstal”a hücuma başlayıb - VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top