Almaniyadan 1000-dən çox həkim tibbi yardım üçün Ukraynaya getmək istəyir

DÜNYA 19.04.2022 751

Almaniyadan olan 1100-dən çox həkim tibbi dəstək üçün Ukraynaya, həmçinin qonşu ölkələrə getmək istəyir. Bunun üçün onlar Federal Tibb Assosiasiyasının onlayn portalında qeydiyyatdan keçib.

Bu barədə birliyin prezidenti Klaus Reynhardt “Redaktionsnetzwerk Deutschland” redaksiya birliyinə məlumat verib.

“Rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin nə qədər böyük olduğunu göstərir. Axı orada işləmək həyat üçün təhlükəlidir”, - deyə birliyin rəhbəri bildirib.

O da vurğulanıb ki, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, həmçinin Ukrayna və qonşu dövlətlərin səfirlikləri ilə bununla bağlı danışıqlar aparır. Reynhardt Ukrayna ərazisində işləyən həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu qeyd edib.

Assosiasiya rəhbərinin sözlərinə görə, qonşu ölkələrdən müraciətlər hələ daxil olmayıb.

“Lakin biz hazırıq. Hökumət beynəlxalq humanitar missiyalara ehtiyac olduğunu elan edən kimi biz kifayət qədər sayda həkim tapa biləcəyik”, - Reynhardt sözlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top