II Elizabet rusiyalı ustanın hazırladığı sevimli şamlarından imtina etdi

DÜNYA 19.04.2022 865

Böyük Britaniya kraliçası II Elizabet son bir neçə ildə Novosibirsk vilayətindən olan usta Alla Mixaylovna tərəfindən onun üçün hazırlanan fiqurlu şamlardan imtina edib.

Son bir neçə il ərzində rusiyalı qadın özünün düzəltdiyi şamları internet vasitəsilə Rusiyanın müxtəlif regionlarına və xaricə satırdı.

2016-cı ildə rusiyalı usta Britaniya kraliçasına hədiyyə təqdim etmək qərarına gəlib və ona qızılgül şəklində hazırladığı şamlarını göndərib. Rusiyalı qadının sözlərinə görə, gələn cavab məktubunda kraliça onun məhsullarını bəyəndiyini bildirib və o vaxtdan bəri əməkdaşlıqları başlayıb.

Alla Mixaylovna əlavə edib ki, o, hər il Bukingem sarayına yüzlərlə şam göndərirdi. Hər bir dekor elementinin qiyməti isə göndərmə xərcləri istisna olmaqla, 42-59 dollar arasında dəyişirdi.

Ancaq hazırda kraliça ənənəvi sifarişindən imtina edib. Həmçinin bir çox digər Qərb regionu müştəriləri də şamlardan imtina ediblər.

“Bir çox internet saytlarından müvəqqəti olaraq istifadə etmək mümkün deyil. Bircə Amerika saytı qalıb”, – deyə usta bildirib. Onun sözlərinə görə, Almaniya, Fransa, İspaniya və İtaliya kimi bir sıra Avropa dövlətləri “çöküb”.

Həmçinin rusiyalı qadın bir sıra dövlətlərlə uçuşların qapadılması səbəbindən məhsulların daşınmasında yaranan problemlərdən şikayətlənib. Bundan əlavə, o, istehlak materiallarının bahalaşmasından və bunun nəticəsində də şamlarının qiymətini qaldırmaq məcburiyyətində qalmasından bəhs edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top